Bakı Nəqliyyat Agentliyi şəhərdə nəqliyyatın hərəkətini daha da təkmilləşdirmək üçün yeni layihyə başlayıb.
Agentlikdən FED.az-a evrilən məlumata görə, yay mövsümündə adətən şəhər yollarında nəqliyyatın axınında intensivliyin az olacağını nəzərə alaraq, layihələr məhz bu vaxta planlaşdırılıb. Bu dəfə əsas məsələ nəqliyyatın hərkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq.
Eləcə də bax: Azərbaycanda ən pis satılan avtomobillər - SİYAHI
Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib və artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək: «Bu yollar Bakı şəhərinin gündəlik nəqliyyat axınının ən böyük hissəsini qəbul edir. Burada pik saatlar ərzində hər gün nəqliyyat sıxlıqları və ləngimələr müşahidə edilir. Bu yollarda geniş həcmdə qanunsuz parklanma nəticəsində yolun eninin azalması nəqliyyatın işinə mənfi təsir edir. Parklanmanın qadağan edilməsi isə nəqliyyatın işini yaxşılaşdırmalıdır»-deyə agentlik bildirir.
Parklanmanın qadağan ediləcəyi ərazilər bunlardır: