"FED.az" xəbər verir ki, paytaxtın Babək prospekti ("Maşın bazarı" istiqamətində), Qara Qarayev küçəsi (həm "Koroğlu" metrostansiyası, həm də "Əhmədli" metrostansiyası istiqamətində) uzun müddət nəqliyyat vasitələri hərəkət edə bilməyib .
Tıxac uzun olduğundan Babək prospektinin sonundan başlayan və Yeni Günəşli qəsəbəsi tərəfə istiqamətlənən körpünün üzərində nəqliyyat vasitələrinin sürücüləri avtomobilin mühərrikini söndürərək yolboyu dayanıblar.