Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində müəyyən tədbirlər həyata keçirilib.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Eləcə də bax: Prezident yolların inşası ilə bağlı - TAPŞIRIQLAR VERDİ
Xəbərə görə, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib. Bundan başqa, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.