Bakıda Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısındakı yolda çökmə hadisəsi baş verib.
FED.az-ın məlumatına görə, Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Bakıya yağan güclü yağış nəticəsində bu ərazidə səki ilə yolun arasında yerləşən kanalizasiya quyusuna su sızıntısı olub.
“Hadisə zamanı yolun altındakı torpaq qatı yuyulub, 2 kvadrat metrlik məsafədə çöküntü qeydə alınıb. Asfalt-beton örtük qismən çöküb. Hazırda bizim əməkdaşlar və “Azərsu” ASC-nin işçiləri əraziyə baxış keçirirlər. Problem yaxın 1 saat ərzində aradan qaldırılacaq”, - deyə qurum rəsmisi qeyd edib.
Daha tez məlumatlanmaq üçün yeni