46 nömrəli marşrut xətti üçün yeni avtobuslar gətirilib.
FED.az xəbər verir ki, “Vətən Az Trans” MMC tərəfindən gətirilən müasir 16 avtobus qarşıdakı aylarda "BakıKart" sisteminə keçəcək. "Isuzu" markalı avtobuslar "Avro 5" standartlarına cavab verir.
46 nömrəli marşrut xəttində fəaliyyət göstərən əvvəlki "Daewoo" markalı avtobuslar isə 50 nömrəli marşrut xəttində istismar olunacaq.