Hazırda Bibiheybət sürüşmə ərazisində aktivlik olduğu üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
FED.az xəbər verir ki, bunu Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Eləcə də bax: Bibiheybətdə yol uçdu, maşın altında qaldı - FOTOLAR
O bildirib ki, nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir:
“Xüsusilə bütün yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb.
Nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam edə biləcək.
Müvafiq yol nişanları qoyulmaqla, bu əraziyə yaxın yerlərdə yaşayan sürücülərin təhlükəsiz hərəkəti təmin ediləcək”.