Nəqliyyat

Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir | FED.az
19:25 27 Sen 2019

FED.az "marja.az"-a istinadən xəbər verir ki, Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. 

Eləcə də bax: Bakının məşhur marşrutunda avtobuslar - YENİLƏNİB

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb aparılan təmir işləridir:

"Ona görə də 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək".

Digər xəbərlər