Bakı və ətraf qəsəbələrdə 20 piyada keçidi inşa olunacaq. Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.
“Hazırda Bakıda 11 piyada keçidi inşa olunur”, - deyə məlumatda deyilir.
Bu aşağıdakı ərazilərdir: Bakı-Quba-Rusiya Federasiyasıilə dövlət sərhədi avtomobil yolunun12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 13.7-ci km-i (Mətanət-A şirkətinin yaxınlığı) və 27.7-ci km-i ( Ceyranbatan qəsəbəsi ); Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i ( Sulutəpə qəsəbəsi ), 23.5-ci və 24.4-cü km-ri ( Müşfiq qəsəbəsi ).
Bundan başqa, Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid), Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi; Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-rində keçidlər inşa edilir.
Daha bir keçid Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-də (hərbi hissənin yaxınlığı) inşa olunur.
11 keçidin 2-nin tikintisi son mərhələdədir.
“Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq”, - deyə məlumatda deyilir.
Bu aşağıdakı ərazilərdir: Bakı-Quba-Rusiya Federasiyasıilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-i (Ceyranbatan qəsəbəsi); Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı); Yasamal rayonu Hüseyn Cavid parkının qaşısında (yeraltı keçid), Mərdəkan-Zağulba yolunda ( Xrustalnı deyilən ərazi ); Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i; Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i; Xətai rayonu Neapol küçəsi (171 nömrəli məktəbin yaxınlığı), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi; Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.