Bakı-Sumqayıt magistral avtomobil yolunun genişləndirilməsi layihəsi may ayında başa çatacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) sədri Saleh Məmmədov deyib.
Eləcə də bax: Bakı-Sumqayıt yolunda işlər davam edir - VİDEO
Onun sözlərinə görə, bu yolun təxminən 7-8 km hissəsinin genişləndirilməsi nəzərdə tutulur.
Məmmədov vurğulayıb ki, hazırda Azərbaycanda 1 km yolun çəkilməsi 778 min manata başa gəlir.
O, həmçinin qeyd edib ki, hazırda hər gün Bakıdan Sumqayıta 12-14 min avtomobil, geri istiqamətdə isə 10-12 min avtomobil hərəkət edir.
Məmmədov əlavə edib ki, 2019-cu ildə Agentlik 51 layihə çərçivəsində 1,08 min km avtomobil yollarının təmiri və tikintisini həyata keçirməlidir. İşlərin faktiki həcmi isə 1,376 min km təşkil edib.