Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.
Bakıda tıxacların azaldılması üçün - 3 LAYIHƏ İCRA OLUNUR - ƏTRAFLI, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, “20 yanvar” ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”.,-deyə o əlavə edib.













