Bayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə 3 yerdə yol polisi postları quraşdırılacaq.
Eləcə də bax: Bakı qeydiyyatı olmayanlar - PAYTAXTA BURAXILMAYACAQ
FED.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, artıq həmin postların qurulmasına başlanıb: "Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci kilometrliyində, Bakı-Quba yolunun 45-ci kilometrliyində və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində quraşdırılmağa başlanılıb.
Martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlər saxlanılaraq yoxlanılacaq. Avtomobil nömrəsi Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yeri dəqiqləşdiriləcək.
Ona görə də vətəndaşlardan xahiş edirik ki, martın 19-dan 29-dək bölgələrə və ya bölgələrdən Bakı və Abşeron yarımadasına səfər etməsinlər. Əks halda onların bu ərazilərə daxil olmasına icazə verilməyəcək".