Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən FED.az-a verilən məlumata görə, 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








