10 dekabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.
Qurumdan Fins.aqz-a verilən məlumta görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qataraı saat 0950 –də yola düşəcək və saat 1032-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcək və saat 1142-da Bakıya çatacaqdır.
Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova
2017-2018-ci illər üçün (10 dekabr 2017-ci ildən etibarən)
BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ YENİ HƏRƏKƏT
C Ə D V Ə L İ