Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyən edilib. Necə deyərlər, əli cibində olan sürücülər ödəniş etməklə səfərə çıxa bilərlər. Yəni magistralın 129 kilometrlik hissəsi ödənişlidir.
Pullu yolda ödəniş bu qaydada olacaq - VİDEO
FED.az xəbər verir ki, qiymətlərə gəlincə, Yaşmadan Giləziyə qədər 23 kilometrlik məsfəni minik vatomobilləri 2 manat 14 qəpiyə, yük avtomobilləri 4 manat 46 qəpiyə gedə bilərlər. Bundan başqa minik avtomobillərinin sürücüləri Yaşmadan Siyəzənə qədər olan məsafə üçün 4 manat 93 qəpik, yük avtomobillərinin sürücüləri 10 manat 28 qəpik, Gəndoba qədər isə müvafiq olaraq 7 manat 44 qəpik və 15 manat 52 qəpik məbləğində ödəniş etməlidirlər. Yolun ən uzun hissəsi hesab olunan Yaşma - Quba Xaçmaz və Yaşma Xudat-Qusar məntəqələri arasındakı qiymətlər 12-25 manat arasında dəyişir.
Avtomobil yolunun başlanğıc məntəqələrindən əlavə 4 kəsişmə nöqtəsi də var ki, Həmin məntəqələrdən yola daxil olarkən ödənişlər qət edilən yola uyğun hesablanır. (Xezerxeber.az)