Mart ayının 18-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qələbə-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır.
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ - Müəyyən Edilməyib
FED.az xəbər verir ki, sürət qatarının reysləri həftə sonları təşkil olunacaq.
Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq.
Qeyd edək ki, Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub.
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Qəbələ dəmir yolu xətti üzrə qatarın istifadəyə verilməməsini qatar çatışmazlığı ilə əlaqələndirmişdi.
"ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur", - QSC-dən bildirilmişdi.