Azərbaycan Rusiyadan dəmir yolu vaqonunu neçəyə alır?
15:5926 Avq 2019
Azərbaycan Rusiyadan dəmir yolu vaqonlarını 1 356 918 dollara alır. Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarət əməliyyatları ilə bağlı yarım illik hesabatına istinadən Dövlət Statistika Komitəsi məlumat yayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, cəmi ilk yarım ildə Rusiya Azərbaycana 10 xarici elektrik enerjisi mənbəyi ilə işləyən mühərrikli dəmiryolu sərnişin vaqonu satıb. Maraqlıdır ki, 2018-ci ildə Azərbaycan Rusiyadan eyni sinifdən olan bir o qədər vaqonu daha yüksək qiymətə alıb: birini 1 mln. 456 624 dollara.