“Metronun açılması məsələsi müzakirə olunur”.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, karantin dövründə yerüstü nəqliyyata üstünlük verilməlidir: ”Karantinin yumşaldılması prosesində metronun açılması da müzakirə olunur”.
Eləcə də bax: Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına - QƏRAR VERİLİB
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ictimai nəqliyyatda davranış qaydaları da hazırlanır.