"Bakı Metropoliteni" QSC-də sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 28 dekabr saat 06:00-a qədər uzadılır.
Eləcə də bax: Həftə sonları taksi də - İşləməyəcək
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-a qədər bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.