Banner

Nəqliyyat

Bakı metrosu bu gün yarım saat - ARTIQ İŞLƏYƏCƏK

Bakı metrosu bu gün yarım saat - ARTIQ İŞLƏYƏCƏK | FED.az
16:37 12 Dek 2019

"Qarabağ" futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə "Bakı Metropoliteni" QSC saat 00:30-a qədər, yəni yarım saat artıq işləyəcək. 

FED.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Eləcə də bax: "Bakı Metropoliteni" əlamətdar günlərlə bağlı - 285 MİN MANATLIQ MÜQAVİLƏ BAĞLAYIB

Məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar metronun "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi isə adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Digər xəbərlər

Banner