Bu ilin yanvar-sentyabr aylarında Bakı metropoliteni ilə sərnişin daşınmalarından əldə olunan gəlir 59 050,3 min manat təşkil edib, bu da illik müqayisədə 38,5% artım deməkdir.
“Bakı Metropoliteni”nə yaranmış zərərin örtülməsi üçün subsidiya 30% - ARTIRILIR
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 42 647,5 min manat səviyyəsində olub.
Xatırladaq ki, hesabat dövründə Bakı metropoliteni ilə 156 790,4 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 6,9% çoxdur.
Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilən Bakı metropoliteninin hazırda 27 stansiyası və 40,7 kilometr uzunluğunda 3 xətti var.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.