Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir 70 milyon 888,7 min manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 838,4 min manat, başqa sözlə 20% çoxdur.
Ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 59 milyon 050,3 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı ilə 168 milyon 300,7 min sərnişin daşınıb. Bu da illik müqayisədə 11 milyon 510,3 min nəfər və ya 7,3% çoxdur.
Hesabat dövründə metro nəqliyyatı ilə sərnişin dövriyyəsi 1 milyon 9865 milyon-km təşkil edib ki, bu da son bir ildə 136 milyon-km (7,3%) çoxdur.