"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasir vaqon alacaq.
FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.
ELƏCƏ DƏ BAX: Bakı metrosu fasiləsiz enerji ilə - TƏMİN EDİLƏCƏK
Ə.Osmanov deyib ki, gələn il yeni stansiyanın açılışı ilə bağlı metropolitenin vaqon parkı yenilənəcək: "Alınan 50 vaqondan 20-i, yəni 4 qatar tərkibi yeni xəttə, 6 qatar tərkibli 30 vaqon isə köhnə xətlərə buraxılacaq. Köhnə xətlərdə istismar müddəti başa çatan qatarlar xətdən çıxarılacaq."
Ə.Osmanov bildirib ki, yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınıb.
Bakı Metropoliteninə alınacaq vaqonların sayı – AÇIQLANDI
19:45
8 Noy 2018