Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.
Eləcə də bax: İstanbulda hava limanında qəza: Uçuşlar - LƏĞV EDİLDİ - VİDEO
FED.az xəbər verir ki,“Buta Airways”ə istinadən verilən məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.
Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.
Məlumatda deyilir ki, İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.
Report