28 iyun 2022-ci il tarixində “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir:
Eləcə də bax: “Zəyəm Texnologiyalar Parkı”da yığıncaq - KEÇİRİLƏCƏK
FED.az ASC-nin Direktorlar şurasına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin 2020 - 2021-ci illər üzrə maliyyə- təsərrüfat fəaliyyətinin hesabatı.
2. Direktorlar şurasının tərkibinin yenidən seçilib təsdiqlənməsi.
3. Digər təşkilati məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Hövsan qəsəbəsi) 1 nömrəli ünvanda inzibati binada səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir.
Yığıncaq 28 iyun 2022-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda inzibati binada keçiriləcəkdir.
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı 1956-cı ildə fəaliyyətə verilib. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanaı il ərzində 11000 konteyner boşaldıb,yükləyib və saxlaya bilir.