Novruz Bayramı ilə əlaqədar olaraq Bakı-Gəncə qatarında qiymətlər endirilib. Bu barədə FED.az-a «Azərbaycan Dəmir Yolları» QSC-dan bildirilib.  
Qurumdan veridən məlumata görə,  Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.
Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq. 
Eləcə də bax: «Azərbaycanda 100-150 nəfərin əlində - 2,5 MLRD. MANAT SƏRVƏT VAR»
Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib.
Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.
Eləcə də bax: Sənədsiz həyət evlərinin məsələsi araşdırılır – PREZİDENTDƏN TAPŞIRIQ  
Bakı-Gəncə sürət qatarında qiymət endirildi – MƏBLƏĞ
 
                            
                            
                        
                            10:59
                            16 Mart 2019
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








