Azərbaycanda 2018-ci ilin sonunda işə düşən və cəmi bir ildir ki, fəaliyyətə başlayan Bakı-Gəncə elektrik qatarında doluluq həddi 61%-ə çatıb.
Eləcə də bax: Bakı-Gəncə-Bakı sürət qatarının - QRAFİKİ DƏYİŞİR - CƏDVƏL
Bu barədə FED.az-a «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov bildirib. Onun sözlərinə görə, təkcə 2019-cu ildə bu qatarla 150 min sərnişin daşınıb və orta doluluq faizi 61% təşkil edib.
Bununla yanaşı, departament rəisi bildirir ki, ötən ilin yanvar-fevral aylarında qatar hələ populyar olmadığından sərnişinlərin sayı nisbətən az idi. Mart ayından sonra isə qatara axın başlayıb: «61% doluluq Gəncə qatarı üzrə orta göstəricidir.
Mart ayından indiyədək olan dövrü götürəndə doluluq faizi 70%-ə yaxındır». Bundan başqa, xüsusilə yay aylarında, əhalinin aktiv səyahət dövründə bu göstərici ümumiyyətlə 80-90%-ə yaxınlaşıb.
E.Muradov bildirib ki, hazırda dəmiryolu xaricdən yeni qatarların alınması üçün müqavilələr bağlayıb. Həmin qatarların 2022-ci ildən gətirilməsi gözlənilir və onda Bakı-Gəncə istiqamətinə daha bir qatar buraxılacaq.