“WizzAir” şirkətinin Bakıdan Macarıstanın paytaxtı Budapeştə "Airbus A321” təyyarəsi ilə həyata keçirməli olduğu reys texniki səbəblərdən gecikir.
FED.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Məlumata görə, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.
Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.