İyulun 15-dən Bakı–Ağstafa sürət qatarı ləğv ediləcək. FED.az xəbər verir ki, bu barədə “Report”a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Qurum qərarını hərəkət qrafikinin optimallaşdırılması ilə izah edib. Sərnişinlər bundan sonra ölkənin qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər.