Heydər Əliyev Beynəlxalq Aeroportunun işçi heyəti koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığını nəzərə alaraq, gözləmə zallarındakı oturacaqlarda sosial məsafənin saxlanması ilə bağlı elanlar yerləşdirib.
FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hava limanı sərnişinlərdən bu məsafəni qorumağı, özünü və ətrafdakıları təhlükəyə atmamağı xahiş edir.