"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
FED.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.
Eləcə də bax:“Azərsu” ASC-nin milyon manatlıq müəssisəsi - LƏĞV OLUNUR
"Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM - İctimai radioda Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu, yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur", - deyə A.Cəbrayıllı bildirib.