Banner

Nəqliyyat

Azərbaycanlı sürücülərə - XƏBƏRDARLIQ

Azərbaycanlı sürücülərə - XƏBƏRDARLIQ | FED.az
14:58 29 Mart 2020

"Bu gün Azərbaycanda ən həssas risk qrupu sürücülərdir".

Eləcə də bax: DYP: Bu gündən Bakıda sürücülər - CƏRİMƏLƏNƏCƏK

FED.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sürücülərə müraciətində bəyan edib. 

"Görülən tədbirlər çərçivəsində qaydalara öz sağlamlığınız üçün əməl etməyi sizdən xahiş edirik! Xidmət başındaykən maska və əlcəkdən istifadəyə əməl edin! Bu gün üçün ən ağır işi icra edənlər sırasındasınız. Bundan dolayı qarşınızda baş əyirəm! Ancaq qaydalara əməl edərək həm özünüzü,həm sərnişinləri, həm də ailə üzvlərinizi qoruyaraq epidemiyanın qarşısını almaqda bütün gücünü səfərbər edən hökümətimizə dəstək vermiş olacaqsınız. Xatırladım ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı aidiyyatı müvafiq strukturlar icra mexanizmini tətbiq etdikləri təqdirdə cəza almadan qaydalara əməl edənlər sırasında olaq! Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq həm hüquqi, həm də fiziki şəxslərin (daşıyıcıların) ümumi işin xeyrinə dəstəklərini əsirgəməyəcəklərinə ümid edirik", - deyə o, qeyd edib. 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.

Digər xəbərlər

Banner