Bu gündən Azərbaycanla sərhəddə yerləşən “Taqirkent-Kazmalyar” keçid məntəqəsində (Dağıstan) Rusiyadan çıxış istiqamətində yük avtomobillərinin hərəkəti bərpa edilib.
FED.az xəbər verir ki, bu gündən etibarən hər iki istiqamətdə yük maşınlarının hərəkəti təmin edilib.
Xatırladaq ki, cari ilin iyul ayının 1-dən etibarən “Taqirkent-Kazmalyar”da yeni yol örtüyünün döşənməsi ilə bağlı təmir işlərinin aparılması ilə əlaqədar dövlət nəzarəti orqanları ilə birlikdə ağır tonnajlı avtonəqliyyat vasitələrinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilmişdi. Bununla yanaşı, ağır yük maşınlarının Rusiyaya daxil olmasına icazə verilmişdi. (Marja)