Nəqliyyat

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq - MÜMKÜN OLACAQ

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq - MÜMKÜN OLACAQ | FED.az
12:38 20 Noy 2019

Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır. 

FED.az xəbər verir ki, bu barədə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.  

"Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara hərəkət edən avtobuslara onlayn rejimdə bilet satışı həyata keçirilir. Gələcəkdə əks istiqamətdə də internetlə bilet almaq mümkün olacaq", - o deyib.

Report

Digər xəbərlər

Banner