2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda avtomobillərin sayına görə şəhər və rayonların reytinqi müəyyənləşib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir.
Ölkə üzrə ümumi avtomobil sayı 1 milyon 833 min 874 ədəd təşkil edir. Paytaxt Bakı 773 min 122 avtomobillə bu göstəriciyə görə liderdir ki, bu da ümumi sayın təxminən 42%-ni təşkil edir.
İkinci yerdə 61 min 628 avtomobillə Sumqayıt şəhəri, üçüncü yerdə isə 60 min 72 avtomobillə Gəncə şəhəri qərarlaşıb.
Siyahıda növbəti yerləri Abşeron rayonu (36 min 782), Şəmkir rayonu (34 min 799) və Ağdam rayonu (34 min 531) tutur.
İlk onluqda həmçinin Masallı rayonu (29 min 234), Tovuz rayonu (27 min 483), Cəlilabad rayonu (27 min 214) və Lənkəran rayonu (27 min 30) yer alıb.