Azərbaycan Prezidenti İlham Əliyev dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 4 nəfər dəmir yolu işçisi 3-cü dərəcəli “Əmək” ordeni ilə, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.