Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 104 897,1 min manat təşkil edib, bu da illik müqayisədə 48,4% çoxdur.
ADY: Azərbaycanda yük daşımalarının həcmi 54 mln. tona çatdırıla bilər
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 70 960 min manat səviyyəsində olub.
Məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə sərnişin daşınmalarından əldə olunan gəlir 1 735,6 min manat olub, bu da 2,6 dəfə artım deməkdir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 657,6 min manat olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda dəmir yolu ilə 4 457,4 min ton yük və 1 509,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 17% və 60% çoxdur. (Apa)