Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda aprelin 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
***
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək.
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 5 vaqon buğda Ermənistana yola salınacaq. (Apa)













