Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır.
Azərbaycan 1 ayda Ermənistana 2,4 milyon dollarlıq məhsul - İXRAC EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacaq Güzdək stansiyasından Ermənistana göndərilir.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. (Azərtac)











