Prezident İlham Əliyev "Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Eləcə də bax: Xırdalan dairəsinin altından keçən tunel - NEÇƏ ZOLAQLI OLACAQ? - AÇIQLAMA
FED.az xəbər verir ki, Sərəncama əsasən otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Muğan avtomobil yolunun tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılacaq.