2017-ci ildə Azərbaycanda nəqliyyat sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 6,8% təşkil edib, 2003-cü ilə nisbətən bu sektorda yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artıb.
FED.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibədə bildirib.
Eləcə də bax: Parkinqlərdə sürücülər cərimə oluna bilməz - EKSPERT
"2017-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə yük daşınması və sərnişin daşınması 2003-cü illə müqayisədə 2,1 dəfə artaraq, müvafiq olaraq 226,4 milyon tona və 1 973,4 mln. sərnişinə çatıb. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yük daşınması 2003-cü illə müqayisədə 2,5 dəfə artaraq 144,9 mln. tona, sərnişin daşınması isə 2,2 dəfə artaraq 1 739,7 milyon nəfərə çatıb. 2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1 342,3 min ədədə çatıb, ölkə əhalisinin hər 1 000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatıb, hər 100 ailədən 52-sinin şəxsi minik avtomobili olub".