Azərbaycanda dəmiryol qatarlarına biletlərin onlayn satışı ikiqat artıb.
Bu barədə FED.az-a «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə qatar biletlərinin onlayn alışı iki dəfə artıb. Əgər 2018-ci ilin yekununda bütün biletlərin 10%-i onlan satılırdısa, 2019-cu ilin yeknunda bu göstərici 20%-ə yüksəlib. Dəmiryol rəsmisi bildirib ki, onlayn satışın bu il daha da artması gözlənilir.