Azərbaycanda 2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 677,1 min kv. metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.
Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, istifadəyə verilmiş ümumi sahənin 78,6 min kv. metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşüb.
İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 mln. manat olub, onun 47,5 mln. manatı dövlət, 636,0 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikası, Bakı və Lənkəran şəhərləri, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.