Azərbaycanda nəqliyyatda “Data hovuz"u yaradılacaq.
FED.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi təkliflər sorğusu elan edib.
Sorğuda ictimai nəqliyyatda gediş haqlarının nağdsız qaydada ödənilməsini təmin edən infrastruktur, vahid dispetçer xidməti sistemi və avtobuslarda quraşdırılan avadanlıqlar arasında əlaqənin təmin edilməsi üçün “Data hovuz həcmi” xidməti və 100 ədəd yeni nömrənin satın alınması nəzərdə tutulur.
Sifarişə ümumilikdə aşağıdakılar daxildir:
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
DATA Hovuz həcmi |
M2M DATA POSTPAID tarif planı ilə 1 TB data |
7 |
ədəd |
2 |
"GSM DATA" nömrə xidmət haqqı |
M2M texnologiyası ilə vahid hesaba bağlı DATA nömrə |
3.000 |
ədəd |
3 |
"GSM voice" nömrə |
Şirkət daxili - Limitsiz, Ölkədaxili - (2500 - 3000) dəq, Bonus bitdikdən sonra Şirkətdaxili - (0.03-0.05) AZN, Bonus bitdikdən sonra şəbəkədaxili (0.03-0.05) AZN, Bonus bitdikdən sonra Şəbəkəxarici (0.03 - 0.05) AZN, SMS (800-1200) ədəd,İnternet (3000) mb,Beynəlxalq zənglər ( 8-10) dəq bonus |
100 |
ədəd |