Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma xidmətləri 2022-ci ilin iyun ayında əvvəlki aya nisbətən 6% bahalaşıb.
Eləcə də bax: Azərbaycan hava limanlarında sərnişin axını bu il - 2 Milyon Nəfəri Keçib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Bu ilin iyun ayında hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri illik müqayisədə 19.2%, yanvar-iyun ayında isə 13.3% bahalaşıb.
Qeyd edək ki, Hava nəqliyyatı ilə 824.7 min və ya 2.4 dəfə çox sərnişin daşınmış, daşımaların 99.7 faizi dövlət, 0.3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7.3 faiz artaraq 244.6 min ton olub.