Son bir həftədə istilik sistemlərinə aid materilların qiymətində artım müşahidə olunub. Fed.az-ın məlumatına görə, qiymət artımı istilik sistemi üzrə avadalıqlarda, o cümlədən istilik radiatorları, vintləri və borularında qeydə alınıb. Belə ki, ötən həftənin sonunda "EuroHome" tikinti materialları bazarında 7 manata satılan kombi vintləri artıq bu gün 7,5 manata satılır. Bundan başqa, bir həftə əvvəl Ukrayna istehsalı olan istilik radiatorunun qiyməti 10,50 manatdan 11 manatadək artıb. Ümumiyyətlə, son bir həfə ərzində istilik sistemlərinə aid bütün avadanlıq və materialların qiymətində 0,5 manat artm olub. Satıcıların bildirdiyinə görə, qiymət artımı bundan sonra da davam edəcək.
Azərbaycanda istilik sistemi materialları bahalaşıb
16:07
14 Okt 2017