Bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Eləcə də bax: “Ödənişli yolda qiymət vətəndaşlara - UYĞUN OLACAQ”
FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, paralel çəkilən yol Azərbaycanda ilk ödənişli avtomobil yolu olacaq.
"İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək", - deyə S. Məmmədov qeyd edib.
Apa