Azərbaycanda iki avtomobil şirkəti birləşib.
FED.az xəbər verir ki, söhbət  Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Performance Center Co” şirkəti isə  “İdeal-S.K” MMC-dən gedir. “İdeaL-S.K” MMC  təsisçinin ümumi yığıncağının qərarına əsasən “Performance Center Co” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib. “Performance Center Co” şirkəti isə birləşmədən sonra yenidən təşkil edilib.
Qeyd edək ki, “İdeaL-S.K” avtomobil şirkəti Chevrolet və Cadillac avtomobillərinin Gəncə şəhərində satışını həyata keçirirdi. Bundan sonra isə “Performance Center Co” Gəncə nümayəndəliyi olaraq fəaliyyətini davam etdirəcək.
                                                    
                                                    
                    Azərbaycanda iki avtomobil şirkəti birləşdi
                            
                            
                        
                            10:17
                            22 Noy 2017
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







