Azərbaycanda avtomobil idarə edən qadın sürücülərin sayı artıb. Hazırda xanım sürücülər 60 min nəfərdən çoxdur.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, hər il sürücülük hüququ qazanan xanımların sayı 4000-6000 arası olur.