Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma xidmətləri 2022-ci ilin dekabr ayında əvvəlki aya nisbətən 9.5% bahalaşıb.
FED.az Banker.az-a istinadən bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Ötən il ölkədə təyyarə ilə sərnişindaşımaların - 99,7%-i AZAL-ın PAYINA DÜŞÜB
Ötən ilin dekabrında hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri illik müqayisədə 49.6% bahalaşıb.
Qeyd edək ki, hava nəqliyyatı ilə 2253.8 min və ya 2 dəfə çox sərnişin daşınmış, daşımaların 99.7 faizi dövlət, 0.3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə yükdaşıma 27.1 faiz azalaraq 406.2 min ton olmuşdur.