Sumqayıt-Bakı sərnişin qatarında sıxlıq barədə məlumatım var. Özüm də gedib gəlmişəm, sərnişin sıxlığı kifayət qədərdir.
FED.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Eləcə də bax: Abşeron dairəvi dəmir yolunun açılacağı vaxt - MƏLUM OLDU
O bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır. Buradan həm də yük daşınır:
“Biz məcburuq ki, səhər 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik.
Bununla da Bakının xətlərini sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində altı qatar çalışırdı. Bu gün iki yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq.
Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik”.
C.Qurbanov bildirib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir:
“Amma gələn il “Ştadler” kompaniyası ilə danışıqlar aparacağıq ki, bir və ya iki qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq”.
Oxu